Apple Pay

Apple Pay
Loqonun şəkli
Tərtibatçı Apple
Yayımlanma tarixi 20 oktyabr 2014
Platforma iPadOS[d], iOS, macOS
Sayt apple.com/apple-pay/
apple.com/fr/apple-pay/
apple.com/ca/fr/apple-pa…
apple.com/sg/apple-pay/
apple.com/ae/apple-pay/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Apple PayApple şirkəti tərəfindən təqdim olunan mobil ödənişrəqəmsal cüzdan xidməti. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərindəSafari istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPadMac-da dəstəklənir. Apple tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız pos terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün Apple Pay-a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər.[1] Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün Apple-ın Touch IDFace ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək pos terminal sistemləri ilə simsiz əlaqə yaradır.

Əvvəlcə ABŞ-də istifadəyə verilən Apple Pay hazırda Azərbaycan, Bəhreyn, Böyük Britaniya, Kanada, Avstraliya, Braziliya, Meksika, Kolumbiya, Kosta-Rika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, Ukrayna, Qazaxıstan, Çin, Yeni Zelandiya, Sinqapur, Honq-Konq, Yaponiya, Makao, Gürcüstan, Belarusiya, Monteneqro, Serbiya, Cənubi AfrikaAvropa İqtisadi Bölgəsindəki (AİB) bütün ölkələrdə mövcuddur.[1] Apple Pay həm American Express, Visa (ElectronV Pay daxil olmaqla), Mastercard (Maestro daxil olmaqla) və Discover kimi beynəlxalq ödəniş sistemlərini, həm də Çinin UnionPay, Yaponiyanın JCB, Fransanın Cartes Bancaires, Kanadanın Interac, Avstraliyanın EFTPOS, Səudiyyə Ərəbistanının Mada, Almaniyanın Girocard və Rusiyanın Mir kimi ölkəyə xas daxili ödəniş sistemlərini dəstəkləyir.

Apple Pay həm kredit/debet kartlarının (açıq dövrə) istifadəsi ilə bəzi ictimai nəqliyyat şəbəkələrindən[2] (məsələn, Londonda TfLNyu-York şəhərinin metro və avtobus şəbəkəsində OMNY oxucularında) istifadəyə, həm də Şərqi Yaponiya Dəmiryolu Şirkətinin Suica, Çikaqo Tranzit İdarəsinin Ventra, San-Fransisko körfəz sahəsinin Clipper (qapalı dövrə) və Honkonqun Octopus Card kimi xüsusi səyahət kartlarının istifadəsi ilə səyahətə imkan yaradır.

  1. 1 2 "Countries and regions that support Apple Pay" Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine. Apple. 17 iyul 2019-cu il.
  2. "Where you can ride transit with Apple Pay" Arxivləşdirilib 2020-06-03 at the Wayback Machine. Apple Support. 18 iyul 2019-cu il.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search